Tramp münaqişə bitənə qədər Tayland və Kamboca ilə saziş bağlamaqdan imtina edib
ABŞ Tailand və Kamboca arasında silahlı münaqişə davam etdiyi müddətdə bu dövlətlərlə ticarət sazişləri bağlamayacaq.
Qerbxeber.com xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Qeyd edək ki, iyulun 24-də səhər saatlarında Tailand və Kamboca arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib. Tailand hökuməti Kamboca ilə sərhəd məntəqələrini bağlayıb. Daha sonra tərəflər arasında qarşıdurmalar başlayıb.




