Dünya

Tramp Avropa mallarına 15 faizlik rüsumda israrlıdır

18 iyul / 23:31 1 dəq
Tramp yeni1
18 iyul / 23:31
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından idxal olunan məhsullara tətbiq ediləcək gömrük rüsumlarının 15-20%-dən aşağı olmamasında israrlıdır.

Qerbxeber.com APA -ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Vaşinqton administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Qəzet yazır ki, son həftələr ərzində Vaşinqton və Brüssel Aİ məhsullarının əksəriyyətinə tətbiq edilən ABŞ tariflərinin 10%-ə endirilməsi istiqamətində danışıqlar aparıblar.
Lakin Avropa İttifaqı 15%-lik tarifləri nəzərdə tutan razılaşmaya hazır deyil.

Paylaş
Burada sizin reklamınız ola bilər