Statistikalara görə “Starlink” dünyanın ən qabaqcıl genişzolaqlı internet sistemlərindən biridir. Amerikalı milyarder İlon Maska məxsus “Starlink” şirkətinin Gürcüstandakı törəməsi olan “Starlink Georgia”nın fəaliyyətinə icazə verilib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə açıqlama verən İnformasiya Texnalogiyaları üzrə ekpsert Elvin Abbasov bu barədə mən keçən ildən məlumatlıyam deyib: “Hətta, geniş əməkdaşlıq olacağı barədə söhbətlər eşitmişəm. Amma, onu deyim ki, Gürcüstan hələ danışıq mərhələsindədir. Böyük bir ehtimalla “Starlink”in internet sistemi Gürcüstan və Azərbaycanda eyni vaxtda olacaq. Mən belə düşünürəm ki, hazırda biz Gürcüstandan daha öndəyik . “Starlink”in internet xidməti barədə də biz daha öndəyik. Amma, cavabdeh qurum cavabdeh şəxs bu barədə vaxtı gələndə və xidmətə artıq start verəndə növləri və detalları barədə geniş açıqlama verəcək”.
Onun sözlərinə görə, biz bilirik Azərbaycan üçün olan əməkdaşlıq Gürcüstandan daha əhatəli və geniş miqyasda olacaq: “Bu məsələdə çalışırıq ki, regionda bu xidməti ən yüksək keyfiyyətdə verən ölkələrdən biri olaq. Ona görə cavabdeh şəxslər vaxtı gələndə lazımı cavabları verəcəklər. Düzdür, hazırda bu barədə açıqlamalar olunmur.Lakin, biz Gürcüstandan daha irəlidə olduğumuzu bilirik, daha öncə danışıqlara başlamışıq. Ümid edirəm ki, yaxın gələcəkdə cavabdeh şəxslər və cavabdeh qurumlar kifayət qədər dolğun bir açıqlama verəcək”.
Vüsalə Kərimova