Dünya

Slovakiyanı Rusiyaya qarşı sanksiyalara razı salan səbəblər…

18 iyul / 21:47 1 dəq
Sanksiya rus
18 iyul / 21:47
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası Slovakiyanın Rusiya qazına qarşı mərhələli çıxış planı fonunda tətbiq olunan sanksiyalara razılıq verdiyini təsdiqləyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
İtkonen bildirib ki, Slovakiya kimi bəzi üzv ölkələrin spesifik enerji asılılığını nəzərə alaraq, Rusiya qazından imtinanın tədricən və hüquqi əsaslı şəkildə həyata keçirilməsi nəzərdə tutulur:
“Biz Slovakiya kimi üzv dövlətlərin qarşılaşdığı milli çətinlikləri tanıyırıq. Bu səbəbdən Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması effektiv, hüquqi və regional şəraitə uyğunlaşdırılmış proses əsasında aparılacaq”.
Xatırladaq ki, Slovakiya Rusiya qazından ən çox asılı olan Avropa ölkələrindən biridir və keçmişdə bu ölkə alternativ enerji mənbələrinin diversifikasiyası məsələsində ehtiyatlı mövqe sərgiləyib.
Paylaş
Burada sizin reklamınız ola bilər