Dünya

Gürcüstanın Aİ ərazisinə vizasız girişi tarix olur-ŞƏRTLƏR QƏBUL OLUNMASA

15 iyul / 16:41 1 dəq
Avropa birliyi
15 iyul / 16:41
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası Gürcüstan hökumətinə göndərəcəyi məktubda şərtlərin yerinə yetirilməsi üçün avqustun 31-ni son tarix kimi müəyyən edib.

Bu barədə “Azadlıq radiosu”nun Avropa üzrə redaktoru Rikard Jozviak “X” hesabında yazıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstan hökumətinə məktub göndərilicəyini təsdiqləyib. O qeyd edib ki, məktubda yer alacaq şərtlər yerinə yetirilməsə, Aİ və Gürcüstan arasında vizasız rejim dayandırılacaq.

Qeyd edək ki, bu gün Aİ-nin Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi də müzakirə olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər