Dünya

Aİ bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketini elan edə bilər

15 iyul / 11:49 1 dəq
Kallas
15 iyul / 11:49
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılaşma əldə etməyə yaxındır.

Qerbxeber.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Biz Rusiya əleyhinə 18-ci sanksiyalar paketi ilə əlaqədar razılaşmaya yaxınıq. Ümid edirəm ki, bu, bu gün baş verəcək”, – Kallas bildirib.

Xatırladaq ki, bu gün 27 Avropa ölkəsinin nümayəndələri Brüsseldə görüş keçirəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər