Hadisə

TRT kanalı Güney Azərbaycan şəhərlərini kürd bölgəsi kimi təqdim etdi-BAO ETİRAZ BƏYANATI yaydı

13 iyul / 15:29 2 dəq
Bao logo
13 iyul / 15:29
Burada sizin reklamınız ola bilər
Son dövrlər Türkiyənin TRT kanalında vaxtaşırı Güney Azərbaycanın müxtəlif şəhərlərinin kürd bölgəsi kimi təqdim edilməsinə cəhd göstərilir.Bir neçə gün əvvəl Güney Azərbaycanın ən böyük şəhərlərindən biri Urmiyəni kürd bölgəsi kimi təqdim edən verilişin TRT kurdi kanalında yayımlanması həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda fəaliyyət göstərən təşkilatlar və ictimai fəallar tərəfindən etirazla qarşılanıb. Məsələ ilə bağlı Bütöv Azərbaycan Ocaqları Bəyanat qəbul edib.
Qerbxeber.com BAO Mətbuat xidmətinə istinadla Bəyanatı diqqətinizə çatdırır:
Bütöv Azərbaycan Ocaqlarının “TRT kurdi” televiziya kanalında Azərbaycan ərazilərinin kürd bölgəsi kimi göstərilməsi cəhdi ilə bağlı
BƏYANATI:
Türkiyənin kürddilli rəsmi televiziya kanalı “TRT kurdi”də Urmu və ümumilikdə Azərbaycanın Güneyinin qərb bölgəsi ekspansionistlərə xas bir tərzdə kürd bölgəsi kimi göstərilən silsilə proqramlar hazırlanaraq yayımlanır.
Məlum olduğu kimi, separatçı qüvvələrin Azərbaycanın tarixi ərazilərini kürd bölgələri kimi göstərmək cəhdi ilk deyil. Müxtəlif separatçı qüvvələrin tarixi saxtalaşdırmaq cəhdi davamlı olaraq davam edir.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, Türkiyə Respublikasının rəsmi televiziya kanalı olan “TRT kurdi” TV-nin deskrutiv, separatçı fəaliyyətini nifrətlə qınayırıq.
Ümid etmək istəyirik ki, Türkiyə Respublikasının rəsmi qurumları “TRT kurdi” televiziya kanalının deskrutiv, separatçı fəaliyyəti ilə bağlı müvafiq tədbir görəcək.
BAO-nun Mətbuat Xidməti.
Bakı, 13 iyul 2025-ci il
Paylaş
Burada sizin reklamınız ola bilər