Hadisə

Qazax Dövlət Dram Teatrı “Pusquda”tamaşası ilə mövsümü başa vurub

13 iyul / 08:50 1 dəq
Pusquda
13 iyul / 08:50
Burada sizin reklamınız ola bilər

Qazax Dövlət Dram Teatrı iyulun 12-də “Pusquda” tamaşasının premyerası ilə 87-ci mövsümü başa vurub.

Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub.

Qerbxeber.com xəbər verir ki,Tamaşa türkiyəli yazıçı dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar artist Xəzər Gəncəli, rejissor assistenti Zəmanə Dərvişdir.

Quruluşçu rəssamları Səyyat Məmmədov, Aysan Omarova və butafor-rəssamı Samir Həsənovdur.

Rolları aktyorlar Vüsal Hüseynov, Sərdar Rüstəm və Rüfət Ömər ifa edirlər.

 

Pusquda 1Pusquda 2Pusquda3Pusquda 4

 

Paylaş
Burada sizin reklamınız ola bilər