Makron ABŞ-ın Avropaya qarşı tarif siyasətini kəskin tənqid edib
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın avqustun 1-dən Avropa İttifaqından idxal olunan məhsullara 30 faizlik tarif tətbiq etmək planlarını kəskin şəkildə tənqid edib.
Bu barədə dövlət başçısı “X” hesabında paylaşım edib.
“Avropa Komissiyasının Prezidenti ilə birlikdə Fransa 1 avqustdan etibarən Aİ-dən ABŞ-a ixrac olunan məhsullara dair 30 faizlik tariflərin tətbiqi qərarına qəti şəkildə qarşı çıxır”, – deyə Makron bəyan edib.
O vurğulayıb ki, Avropa Komissiyası ilə ABŞ arasında aparılan danışıqlar Aİ tərəfindən ciddi təkliflər əsasında qurulsa da, nəticə etibarilə razılıq əldə olunmayıb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı