Dünya

Ukrayna və Fransa Prezidentləri arasında telefon danışığı olub

27 iyul / 17:45 1 dəq
1647580638 6515185aeb13298315613db2db7f4
27 iyul / 17:45
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlunat yayıb.

Bildirilir ki, onların əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi olub.

Zelenski deyib ki, Rusiya raketləri və dronlarına qarşı etibarlı müdafiəyə ehtiyac var.

Tərəflər Ukraynada müxtəlif növ dronların istehsalının maliyyələşdirilməsi məsələsini də geniş şəkildə müzakirə ediblər. Fransa bu istiqamətdə Ukraynaya kömək etməyə hazır olduğunu bildirib.

Ukrayna lideri həmçinin İstanbulda Rusiya tərəfi ilə keçirilən üçüncü görüş barədə də məlumat verib.
Onun sözlərinə görə, yeni əsir mübadiləsi barədə razılıq əldə olunub və avqustun sonunadək yüksək səviyyəli görüşün keçirilməsi təklif edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər