Rubio: Tramp və Si Cinpinin görüşmə etimalı yüksəkdir
ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Tramp və Çin Sədri Si Cinpinin şəxsən görüşmək istədiklərini və bunun baş vermə ehtimalının yüksək olduğunu bildirib.
Qerbxeber.com xəbər verir ki, bu barədə 1prime.ru məlumat yayıb.
“Onların görüşmək ehtimalının yüksək olduğunu deməyimin səbəbi hər ikisinin bu görüşü istəməsidir. Sədr Sini tanımıram, amma Prezident Trampı tanıyıram. Sizə deyə bilərəm ki, o, bu görüşü keçirməkdə qərarlıdır. Ona görə də bunun baş vermə ehtimalının yüksək olduğunu düşünürəm, çünki hər ikisi bunu istəyir. Ona görə də əminəm ki, tarix üzərində işləyəcəyik və hər iki tərəf üçün məqbul bir tarix müəyyən edəcəyik”, – Rubio jurnalistlərə bildirib.




