Dünya

4 iyul – ABŞ-da Müstəqillik günüdür

4 iyul / 16:58 1 dəq
AbŞ musteqillik
4 iyul / 16:58
Burada sizin reklamınız ola bilər

 Amerika Birləşmiş Ştatlarında bütün amerikalılar ölkənin müstəqilliyinin 249 illiyini qeyd edir.

Qerbxeber.com xatırladır ki, 4 İyul Müstəqillik Günü bayramının təməli 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqillik əldə etməsi ilə qoyulub.

Bu gün adətən İlk prezident Corc Vaşinqtonun ev muzeyi olan Mount Vernondan bir neçə kilometr aralıda ABŞ vətəndaşlığını qəbul edənlərin andiçmə mərasimi keçirilir.

4 iyul 1941-ci ildən bəri federal bayramdır.

Bu gün bir çox ailə və dost barbekü üçün bir araya gəlir. Amerikanın bir çox şəhərində bu gün piknik, parad və atəşfəşanlıqla qeyd olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər