Dünya

Netanyahu gələn həftə ABŞ-a səfər edəcək

1 iyul / 17:05 1 dəq
Netanyahu
1 iyul / 17:05
Burada sizin reklamınız ola bilər

İsrail Baş naziri Benyamin Netanyahu növbəti həftə ABŞ-a səfər edəcəyi və Donald Trampla görüşəcəyi ilə bağlı xəbəri təsdiq edib.

Qerbxeber.com bildirir ki, bu barədə APA “The Jerusalem Post” qəzetinə istinadən xəbər yayıb. Bildirilir ki, Netanyahu Amerika rəsmiləri ilə təhlükəsizlik və ticarətlə bağlı məsələləri müzakirə edəcək.

Netanyahu  gələn həftə ABŞ-da Prezident Tramp, vitse-prezident Jeyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff və ticarət naziri ilə görüşlər keçirəcəyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər