Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının adları açıqlanıb

27 iyul / 13:49 2 dəq
87671932 8002 3593 a07c 80d3d8d513f1
27 iyul / 13:49
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan həyata keçirilən qeyri-neft ixracı ilə bağlı qeyri-dövlət və dövlət şirkətlərinin reytinqi tərtib edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, qeyri-dövlət şirkətlərinin reytinqinə 53,6 milyon ABŞ dolları ilə “MKT İstehsalat Kommersiya” MMC liderlik edir. Növbəti yerlərdə Şirinov Elvin Valeh oğlu (52,5 milyon ABŞ dolları), “Baku Steel Company” QSC (39,2 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi (38 milyon ABŞ dolları), “Best Logistik” MMC (30 milyon ABŞ dolları), “STP Global Cable” MMC (25,9 milyon ABŞ dolları), “P-Aqro” MMC (19,9 milyon ABŞ dolları), “My Fruit” MMC (19,6 milyon ABŞ dolları), “Almeyvə” MMC (16,7 milyon ABŞ dolları) və “Mega Fruit Az” MMC (15,9 milyon ABŞ dolları) qərarlaşıb,

Dövlət sektoru üzrə qeyri-neft ixracı əməliyyatlarında iştirak edən şirkətlərin siyahısına isə “Azərenerji” ASC (314 milyon ABŞ dolları) başçılıq edir. Daha sonra bu siyahıda Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (186,2 milyon ABŞ dolları), “SOCAR Polymer” MMC (151,2 milyon ABŞ dolları), “Azəralüminium” MMC (66,9 milyon ABŞ dolları), “AzerGold” QSC (39,4 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (10,8 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (7,9 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (1,1 milyon ABŞ dolları), “Azəripək” MMC (1,1 milyon ABŞ dolları) və “ASK Tütün” MMC (0,57 milyon ABŞ dolları) var.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı