Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir-Asif Nərimanlı

29 iyun / 22:11 2 dəq
Asif
29 iyun / 22:11
Burada sizin reklamınız ola bilər

Rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılığa görə Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfərini ləğv edib.

Məlumatda deyilir: Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.
Zaxarova baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinə “lazımi izahat” verildiyini, “vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu” demişdi.
Görünür, Moskvanın “izahatı” Bakıda qəbul edilməyib. Rusiyanın FSB-nin törətdiyi qətlləri “etnik cinayətkar qrupun zərərsizləşdirilməsi” kimi təqdim etməsi də bu “izahat”ın nədən ibarət olduğunu anlamağa imkan verir.
Overçukun səfərinin ləğv edilməsi və Moskvaya “digər rəsmi şəxsin səfərinin heç bir əhəmiyyət daşımadığı”nın çatdırılması ilə Bakı adekvat reaksiya verir. Həm də azərbaycanlılara qarşı törədilmiş zorakılıq qarşısında səssiz qalmayacağını nümayiş etdirir.
Daha öncə Azərbaycan Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyən ABŞ rəsmilərinin – dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obrayn – səfərinə veto qoymuşdu. Yekunda Bayden Administrasiyası Bakının mövqeyini qəbul etməli oldu.
İndi eyni addım Rusiya rəsmilərinə qarşı atılır. Daha aqressiv siyasət yürüdən Rusiyanın bu veto qarşısında hansı reaksiyanı verəcəyi qeyri-müəyyəndir, lakin bu, bir məqamı təsdiq edir: Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir;
Bakı Rusiya rəsmilərinin səfərinə veto qoymaqla Moskvaya aqressiv addımlarının diplomatik münasibətləri çətin vəziyyətə sala biləcəyinin də mesajınə çatdırır.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı