Bölgə xəbərləri

AQTA Tovuzdakı kütləvi zəhərlənməyə səbəb olan dönərxananın işini məhdudlaşdı

25 iyun / 22:12 1 dəq
Aqta logo
25 iyun / 22:12
Burada sizin reklamınız ola bilər

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə Qerbxeber.com -a AQTA-dan  məlumat verib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir.

Paylaş
Burada sizin reklamınız ola bilər