Dünya

Əhməd əş-Şəraa Fransaya səfərə gedir

6 may / 10:12 1 dəq
Indir 2025 05 06t101126.828
6 may / 10:12
Burada sizin reklamınız ola bilər

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa mayın 7-də Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

“E.Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək”, – mənbə qeyd edib.

Fransa Prezidenti fevralın əvvəlində Əhməd əş-Şəraanı Fransaya səfərə dəvət etmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər