Tovuzda “dönər teroru”nun qurbanları 28 nəfərə çatdı
Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.
Xəbər verdiyimiz kimi Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Qerbxeber.com APA-nın Qərb bürosuna istinadən xəbər verir.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.


