Dünya

İran Xarici işlər naziri: Danışıqlar yolu ilə həllə mütləq hazırıq

21 iyun / 14:44 1 dəq
Abbas arakci
21 iyun / 14:44
Burada sizin reklamınız ola bilər

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, – nazir deyib.

Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər