Kateqoriyasız

Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur-Zelenski

18 aprel / 09:19 1 dəq
Zelenski Yeni
18 aprel / 09:19
Burada sizin reklamınız ola bilər

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharibə məsələsində Rusiya tərəfinin strategiyasını qəbul edib.

Qerbxeber.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Zelenski qeyd edib ki, Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur:

“Çünki bu torpaqlar bizimdir, Ukrayna xalqına məxsusdur və təkcə bizə yox, həm də gələcək ukraynalılara. Bütün bu iddiaları cənab Putinin sayıqlamaları kimi qəbul edirik. Mən düşünməzdim ki, onun bu cür narrativləri digər ölkələrdə yaymağa davam edən nümayəndələri var. Buna görə də bu məsələyə ciddi yanaşmıram”, – deyə Zelenski vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər