Dünya

İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini imzalayıb

16 iyun / 09:47 2 dəq
Rus iran
16 iyun / 09:47
Burada sizin reklamınız ola bilər

“Konstitusiyanın 123-cü maddəsinə uyğun olaraq, parlament sədri Məhəmməd Baqir Qəlibaf İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni prezidentə təqdim edib” – Qerbxeber.com xəbər verir ki,bu barədə İran tərəfdən yayılan rəsmi məlumatda bildirilib.

Sənəd xüsusilə tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini və genişləndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, həmçinin hərtərəfli, uzunmüddətli və strateji tərəfdaşlıq prinsiplərinə uyğun olaraq regional və qlobal səviyyədə fəaliyyətlərin sıx koordinasiyasını nəzərdə tutur.

Qeyd edək ki, yanvarın 17-də Kremldə keçirilmiş danışıqların yekununda Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləni imzalayıblar. Aprelin 21-də Rusiya lideri sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər