EYNİ KALORİ – FƏRQLİ TƏSİR !-Elnur Nemətov
Bir çoxumuz arıqlamağın kalori ilə bağlı iş olduğunu düşünürük və əlimizdə kalkulyator, yediyimiz qidaların enerji dəyərini — yəni kalorisini hesablayırıq və belə bir qənaətə gəlirik:
“Əgər bu da 500 kaloridir, o da — fərqi yoxdur, deməli yeyə bilərəm.”
Beləliklə, yeməyin keyfiyyətini yox, sadəcə rəqəmini əsas götürərək kortəbii şəkildə diyetə başlayırıq.
Nəticə necə olur?
Arıqlamaq əvəzinə daha da artıq çəki yığırıq!!
Hətta bəzən metabolizma zəifləyir, orqanizm müdafiə rejiminə keçir.
Bədən enerji yox, siqnal çatışmazlığı yaşamağa başlayır – nəticədə yorğunluq, iştahın pozulması, piylənmə…
Yaxşı bəs xəta hardadır? Nəyi nəzərdən qaçırırıq?
Sadə və aydın bir misalla izah etməyə çalışım:
Baxın, bir kitabın 500 səhifə olması sizə onun nə haqqında olduğunu deyirmi?
Xeyr! Bu roman da ola bilər, riyaziyyat dərsliyi də, uşaq nağılı da.
Eyni şəkildə:
Bir yeməyin 500 kalorilik olması, onun bədənə nə verəcəyini demir.
İndi düşünün:
Bir tərəfdə 500 kalori dəyərində bir tort — tərkibində şəkər, ağ un, yağ və qatqılar.
Digər tərəfdə isə 500 kalori dəyərində mal əti – zəngin zülal, dəmir, B qrup vitaminləri və minerallarla dolu.
Bu iki fərqli qida, bədənin içində eyni prosesi başladacaqmı?
Təbii ki, yox.
Tort:
• Qan şəkərini sürətlə qaldırır, sonra birdən salır → aclıq hissi qayıdır.
• İnsulin partlayır → yağlanma başlayır.
• Bədəndə iltihab və enerji dalğalanmaları yaradır.
Mal əti:
• Qan şəkərini stabilləşdirir.
• Əzələ kütləsini qoruyur, toxluq hissi yaradır.
• Maddələr mübadiləsini aktiv saxlayır.
• Hər loxması bədənin ehtiyac duyduğu “tikinti materialı” kimidir.
Belə misallardan çox çəkmək olar.
Demək ki, hər 500 kalori eyni deyil!
Əsas məsələ sadəcə “neçə kalori” deyil, həmin kalorini daşıyan qidanın bədənə necə təsir etməsidir.
Biri səni doydurur, digəri isə sadəcə şişirdir.
Nəticə:
Arıqlama zamanı tək kalori saymaq yox, doğru və düzgün qidanı seçmək daha vacibdir!
Əgər saglam səkildə arıqlamaq istəyirsinizsə, bunu körtəbi, təsadüfi pəhrizlərlə və internetdən tapılmış mənbəyi bilimməyən diyet programları ilə etməyin.
Unutmayın!
Sağlam şəkildə arıqlamaq, bədənini tanımaq və uzunmüddətli nəticələr əldə etmək istəyirsinizsə – mütləq işin peşəkarına müraciət edin!




