Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Zahid Oruc: Biz məsələlərə “sülhməramlılar bu gün var, sabah yoxdur” prinsipi ilə baxmalıyıq

18 noyabr / 15:52 3 dəq
470236
18 noyabr / 15:52
Burada sizin reklamınız ola bilər

2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Bu Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” öz əksini tapıb.

Məsələni “Qərb Xəbər”ə dəyərləndirən deputat Zahid Oruc bildirib ki, müstəqillik dövründə biz yalnız köçgünlük və soyqırım günlərini qeyd etmişik. İndi isə qayıdışın təqvimi başlayır.

“İki gün öncə Prezident İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edildi. Bu tarixi bir hadisədir. Bu böyük bir prosesdir. Nəzərə almaq lazımdır ki, dövlət bu prosesi dəqiq proqramlar əsasında həyata keçirməyə başlayır. Yəni, burada öncədən müəyyənləşdirilmiş və bütün sahələrə bağlı konsepsiyalar, proqramlar, planlar mövcuddur. Biz orada sıfırdan vətən qururuq, məmləkət salırıq. Bunun dayaqları və fundamenti yaradılır. Bu tədbirlər də yaşayışın bərqərar olunması üçün önəmli tədbirlərdir”.

Deputat əlavə edib ki, artıq qanunvericilikdə işğaldan azad olunmuş ərazilər termini dilə gətirilir. Bu da bizim hüquq məkanımız üçün mühüm addımdır.

“Biz ərazilərimizin hamsının azad olduğunu qəbul edirik. “Orada sülhməramlı qüvvələr bu gün var, sabah yoxdur” prinsipi ilə baxmalıyıq. Sülhməramlılar və yaxud oradakı hansısa silahlı qruplar da bizim üçün işğal faktı kimi qəbul edilmir. Çünki, sülhməramlılar orada olmasa Azərbaycan hərbi əməliyyatlar baxımından 3-5 min erməni yaraqlılarını çıxarmaq və tərkisilah etməyə 1 gün vaxt lazımdır”.

“Belə bir durumda biz Xankəndinə, Xocalıya, Xocavəndə iqtisadi, sosial baxımdan tədbirlər görməliyik. Həmçinin, 10 noyabr bəyanatında oraya köçkünlərin qayıdışı da nəzərdə tutulub. O ərazilər torpaqlarımızın ayrılmaz parçasıdır və orada yaşamış insanlarmız olub. Ona görə hesab edirəm ki, dövlət proqramında həmin müddəanın yer alması düz müəyyənləşib” – deyə Zahid Oruc vurğulayıb.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı