Abbasbəyli kəndində qəzada ölən sürücü PTX -nın əməkdaşı imiş
Xəbər verdiyimiz kimi iyunun 5-i gecə saatlarında Qazax rayonu Abbasbəyli kəndi ərazisində BMV markalı avtomobil ağır qəza törədib. Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan 3 sərnişin — 1997-ci il təvəllüdlü Rafət Mahir oğlu Nəsirov, 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev və 2000-ci il təvəllüdlü Zaur Mahmud oğlu Əhmədov hadisə yerində həyatlarını itiriblər.
Qerbxeber.com Fərəhli kənd sakinlərinə istinadən xəbər verir ki, mərhum sürücü Ramal Vəliyev Prezidentin Təhlükəsizlik Xidmətində (PTX) baş çavuş rütbəsində xidmət edib.




