Kateqoriyasız

Naxçıvanda “Komando başlanğıc kursu”nun növbəti buraxılışı olub

5 iyun / 08:45 1 dəq
684048ca4150d684048ca4150e1749043402684048ca4150b684048ca4150c
5 iyun / 08:45
Burada sizin reklamınız ola bilər

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar “Komando andı”nı qəbul edib.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Paylaş
Burada sizin reklamınız ola bilər