Elm və Texnologiya

Azərbaycan dili imtahanında iştirak üçün qeydiyyat davam edir

2 iyun / 10:54 1 dəq
Indir 2025 05 19t115145.710
2 iyun / 10:54
Burada sizin reklamınız ola bilər

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat davam edir.

Bu barədə Qerbxeber.com-a DİM-dən bildirilib.

Azərbaycan dili imtahanına qeydiyyat davam edir
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Qeydiyyat üçün ödəniş tələbi
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

İmtahan tarixi
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər