Dünya

Dörd ölkə Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb

26 may / 16:13 1 dəq
Editor fa99b97242c7015be9310c954e547898 2ij9bys6rq153xgnmcofjpg 1748261291
26 may / 16:13
Burada sizin reklamınız ola bilər

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

Onun sözlərinə görə, Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur: “Artıq Ukraynaya verilən silahların çeşidinə heç bir məhdudiyyət yoxdur – nə ingilislər, nə fransızlar, nə də biz. Amerika tərəfində də heç bir məhdudiyyət yoxdur”.

Merz deyib ki, Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmır.

Paylaş
Burada sizin reklamınız ola bilər