Dünya

“Türkiyədə Anadolu Ankası – 2025” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub – VİDEO

22 may / 08:37 2 dəq
682de83a936d2682de83a936d31747839034682de83a936d0682de83a936d1
22 may / 08:37
Burada sizin reklamınız ola bilər

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Qerbxeber.com-a verilən xəbərə görə, əvvəlcə təlimin planına uyğun olaraq iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı brifinq təqdim olunub.
Plana əsasən, paraşüt hazırlığı və axtarış-xilasetmə üzrə fəaliyyətlər uğurla icra olunub.

Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsi, onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.

Paylaş
Burada sizin reklamınız ola bilər