Kateqoriyasız

Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlanıb

19 may / 10:56 1 dəq
682ad4dbc66fd682ad4dbc66fe1747637467682ad4dbc66fb682ad4dbc66fc
19 may / 10:56
Burada sizin reklamınız ola bilər

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.05.2025 – 18.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Qerbxeber.com-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1,291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş
Burada sizin reklamınız ola bilər