Qazax Rayon Mərkəzi Xəstəxanasına direktorun terapevtik xidmətlər üzrə müavini təyin edilib
Qazax Rayon Mərkəzi Xəstəxanasına terapevtik xidmətlər üzrə müavini təyin edilib. Bu barədə Qerbxeber.com -a məlumat verən Qazax MX-nın İctimaiyyətlə Əlaqələr üzrə mütəxəsisi Günel Bəxtiyarlı bildirib ki, Mərkəzin terapevtik xidmətlər üzrə müavini vəzifəsi Nəsibə Mustafayevaya həvalə olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov Nəsibə Mustafayevanı kollektivə təqdim edib.
Nəsibə Mustafayeva 1975-ci ildə doğulub.
O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
1990-2002-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında terapevt kimi fəaliyyət göstərib.
2003-2021-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında travmatoloq-ortoped olaraq çalışıb.
Eyni zamanda 2012-2021-ci illərdə Həkim Məsləhət Komissiyasının üzvi kimi fəaliyyət göstərib.
2021-ci ildən yeni təyinatınadək Qazax Rayon Mərkəzi Xəstəxanasının Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb









