Dünya

Ukrayna Prezidenti Roma Papası XIV Leo ilə görüşüb

19 may / 08:40 1 dəq
6829f4f4d7ee56829f4f4d7ee617475801486829f4f4d7ee36829f4f4d7ee4
19 may / 08:40
Burada sizin reklamınız ola bilər

18 may tarixində keçirilən inaqurasiya messasından sonra Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska ilə görüş keçirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna lideri özünün rəsmi Telegram kanalında məlumat verib.

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik,” – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, pontifik milyonlarla insan üçün sülhə olan ümidi təmsil edir. O, Papa XIV Leonun Ukraynadakı müharibənin başa çatmasında mühüm rol oynaya biləcəyinə əminliyini ifadə edib.

“Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər