Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycan ordusu hansı sıradadı

8 may / 10:20 2 dəq
Indir 2025 05 08t101924.960
8 may / 10:20
Burada sizin reklamınız ola bilər

Dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu “Global Firepower” təşkilatı 2025-ci il üçün hərbi güc sıralamasını açıqlayıb.

Qerbxeber.com Musavat.com istinadən xəbər verir ki, siyahıda 145 ölkənin ordusu 60-dan çox göstərici – hərbi texnika, insan resursları, maliyyə imkanları və coğrafi üstünlüklər əsasında qiymətləndirilib.

ABŞ, Rusiya və Çin ilk üçlükdədir, Türkiyə isə 9-cu yerdə qərarlaşaraq regionda güclü hərbi mövqeyini qoruyub.

Azərbaycan Ordusu bu ilki reytinqdə 60-cı yerə yüksəlib. Ölkənin hərbi güc göstəricisi olan PowerIndex (PwrIndx) əmsalı 1.2531 olaraq qeyd edilib. Bu göstərici nə qədər aşağıdırsa, ölkənin hərbi gücü bir o qədər yüksək sayılır.

Bu nəticə Azərbaycan Silahlı Qüvvələrinin regiondakı güc balansında önəmli aktora çevrildiyini və son illərdə həyata keçirilən hərbi islahatların öz bəhrəsini verdiyini göstərir.

Reytinqin əsas meyarları bunlardır:

• Aktiv və ehtiyat hərbi personalın sayı
• Tank, döyüş təyyarəsi və gəmilərin sayı
• Müdafiə büdcəsi və sənaye imkanları
• Logistika və coğrafi mövqe

Qeyd edək ki, reytinqdə nüvə silahları nəzərə alınmır – yalnız konvensional hərbi güc dəyərləndirilir.

İlk 10-luqdakı ordular isə bunlardır:

1. ABŞ – 0.0744
2. Rusiya – 0.0788
3. Çin – 0.0788
4. Hindistan – 0.1184
5. Cənubi Koreya – 0.1656
6. Birləşmiş Krallıq – 0.1785
7. Fransa – 0.1878
8. Yaponiya – 0.1839
9. Türkiyə – 0.1902
10. İtaliya – 0.2164

Daha ətraflı məlumat üçün bax: https://www.globalfirepower.com/countries-listing.php

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı