“Böyük Yol” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Könüllülük ili ilə əlaqədar elan edilmiş qrant müsabiqəsində qalib olmuş və şuranın maliyyə dəstəyi Azərbaycan Skautlar Assosiasiyasının və Şəmkir Gənclərin inkşafı və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sən , mən , biz – könüllü” layihəsi uğurla icra edilir.
“Qərb Xəbər”in məlumatına görə, layihədə qərb bölgəsinin gəncləri arasında könüllülük fəaliyyəti, qeyri-formal təhsilin və o cümlədən iqlim dəyişikliyi, sağlam həyat tərzinin təbliği aparılıb.
Layihənin icrası müddətində Covid-19 pandemiyası haqqında Samir Namazov; Komanda işinin təşkili mövzusunda Zamin Məmmədov; Dünya Skaut Hərəkatı və onların könüllülük prinsipləri haqqında İlyas İsmayıllı; Beynəlxalq təmsilçilik və Avropa Həmrəylik Korpusunda könüllülük haqqında Seymur Vəliyev; Sosial medianın inkişafında gənclərin iştirakı və sosial şəbəkələrdən düzgün istifadə mövzusunda Rəmziyyə Teymurbəyli; Ekologiyanın qorunmasında könüllülük hərəkatının rolu haqqında Emin Babayev; Qida Təhlükəsizliyi və xarici dil haqqında Zamin Məmmədov; Çətin təbiət şəraitində mübarizə metodları, ekologiyanın qorunması iqlim dəyişikliyi o cümlədən bunun qarşısının alınması üçün könüllülüyün bu problemdə rolu və ilkin tibbi yardım bacarıqları haqqında İntiqam Rzayev; Uğura aparan yol və ölkəmizdə aparılan gənclər siyasəti, 2020-ci ilin könüllülər ili elan edilməsi haqqında Kənan İbrahimov; Problemli situasiyalarda davranış qaydaları və problemin həlli üsulları haqqında psixoloq Tərlan Muxtarova tərəfindən təlimlər keçirilir.
Qeyd edək ki, layihədə Qərb regionu üzrə 40 ən faəl gənc iştirak edir. Əsas məqsəd həmin 40 fəal gəncin təlimçi olaraq yetişdirilib Könüllülük ili ilə bağlı ucqar bölgələrdə yaşayan gənclər arasında könüllülük fəaliyyətini daha geniş təbliğinə nail olmaqdır.