Dünya

Yeni Roma Papası seçilməyib

8 may / 08:43 1 dəq
681bb28a460fe681bb28a460ff1746645642681bb28a460fc681bb28a460fd
8 may / 08:43
Burada sizin reklamınız ola bilər

Vatikanda Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib.

Qerbxeber.com xəbər verir ki, Sistina Kapellasının bacasından çıxan qara tüstü bunu təsdiqləyib.

Bu o deməkdir ki, 133 kardinaldan ibarət Konklav üzvləri ilk səsvermə zamanı yekdil qərara gələ bilməyiblər və Papa seçkisi prosesi davam edəcək.

Sabahdan etibarən və yeni Papa seçilənədək gündə maksimum dörd səsvermə keçiriləcək.

Qeyd edək ki, yeni Papa seçildikdə Sistina Kapellasının bacasından ənənəvi olaraq ağ tüstü çıxacaq.

Bu proses Konklavın yekdil qərar qəbul etdiyini simvolizə edir.

Paylaş
Burada sizin reklamınız ola bilər