Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zelenski: Rusiya üçtərəfli görüşə razı olmasa, sanksiyalar gücləndirilməlidir

16 avqust / 15:33 2 dəq
Zelenski unufirmda
16 avqust / 15:33
Burada sizin reklamınız ola bilər

Zelenski üçtərəfli görüşün baş tutmayacağı təqdirdə, Rusiyaya sanksiyaların gücləndirilməli olduğunu deyib.

Qerbxeber.com  xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün “Facebook” sosial şəbəkə hesabında Ukraynanın tələblərini dilə gətirib:

“Rusiyanın işğalları arasında daha bir fasilə yox, əsl sülh bərqərar olmalıdır. Cəbhədə və səmada atəşlər kəsilməlidir. Qətllər dayandırılmalı, bütün əsir və girovlar azad edilməlidir. Minlərlə ukraynalı əsirlikdədir və onların hamısı vətənlərinə qaytarılmalıdır. Təcavüzün davam etdiyi müddət ərzində Rusiyaya təzyiq göstərilməlidir. Prezident Trampla telefon danışığımda bildirdim ki, üçtərəfli görüş baş tutmasa və ya Rusiya müharibəni ciddi şəkildə bitirməkdən yayınsa, sanksiyalar şiddətləndirilməlidir. Uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətləri təmin olunmalıdır. Ukrayna ilə bağlı bütün mühüm məsələlər Ukraynanın iştirakı ilə müzakirə olunmalıdır. Heç bir mövzu barədə, xüsusilə də ərazi mövzusu ilə əlaqədar Ukraynanın iştirakı olmadan heç bir qərar qəbul edilə bilməz” – Zelenski qeyd edib.

O, Ukraynanın dünyanın hər bir yerində sülh istəyən hər kəslə əməkdaşlığa davam etdiyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı