Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İdman

Təbrizin“Traktor” komandası İran çempionu olub

2 may / 22:42 2 dəq
Traktor
2 may / 22:42
Burada sizin reklamınız ola bilər

Təbrizin “Traktor” komandası İran Pro-liqasında vaxtından əvvəl çempion olub.

Qerbxeber.com xəbər verir ki, “qızıl qurdlar” 28-ci turun matçında Qəzvinin “Şəms Azər” komandasını 4:0 hesabı ilə inamlı şəkildə məğlub ediblər.

Oyun cümə axşamı Qəzvindəki “Sərdar Azadegan” stadionunda keçirilib. Oyun ilk dəqiqələrdən qonaqların tam nəzarəti altında olub. Artıq birinci dəqiqədə xorvatiyalı hücumçu Domaqoy Drojdek hesabı açıb. 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə üstünlüyü ikiqat artırıb, 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.

İkinci hissədə “Şəms Azər”in müdafiəçisi Homən Rəbiizadənin qovulmasından sonra “Traktor” penalti hüququ qazanıb. 11 metrlik cərimə zərbəsini yerinə yetirən Rikardo Alveş topu tora göndərərk oyunda yekun hesabı müəyyənləşdirib: “Şəms Azər” – 0, “Traktor” – 4:0.

Qələbə “Traktor”a mövsümün bitməsinə iki tur qalmış çempionluğu təmin edib.

Tribunalarda yerli iqtidar nümayəndələri və digər rəsmi şəxslər Təbriz komandasının tarixi qələbəsini izləyiblər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı