Dünya

Bu müddət ərzində nüvə proqramı üzrə yekun razılığa gələ bilməyəcəklər

25 aprel / 08:43 1 dəq
Indir 2025 04 25t084316.855
25 aprel / 08:43
Burada sizin reklamınız ola bilər

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa Tehranın nüvə proqramı ilə bağlı müvəqqəti razılaşmanın əldə olunmasını müzakirə etməyi təklif edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Romadakı məsləhətləşmələr zamanı Əraqçi qeyd edib ki, tərəflər ABŞ prezidenti Donald Trampın təklif etdiyi 60 günlük müddət ərzində nüvə proqramı üzrə yekun razılığa gələ bilməyəcəklər.

Əraqçi təfərrüatlı texniki xüsusiyyətlərin nəzərə alınacağı təqdirdə iki ay ərzində danışıqları yekunlaşdırmağın çox çətin olacağını bildirib.

Uitkoff öz növbəsində Əraqçiyə hazırda müvəqqəti sazişi müzakirə etmək istəmədiyini deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər