İdman

Cüdoçumuz Avropa çempionatında bürünc medal qazanıb

25 aprel / 08:35 1 dəq
680a55f4279bc680a55f4279bd1745507828680a55f4279ba680a55f4279bb
25 aprel / 08:35
Burada sizin reklamınız ola bilər

Monteneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.

Qerbxeber.com xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan növbəti medalını qazanıb.

73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) sınağa çəkib. Rəşid də onunla dueldən qalib ayrılaraq yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) gücünü yoxlayıb. Təəssüf ki, cüdoçumuz uğurlu seriyanı davam etdirə bilməyib.

Rəqib qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparıb. Təmsilçimiz qalib gələrək bürünc medala sahib çıxıb.

Paylaş
Burada sizin reklamınız ola bilər