Dünya

KİV: İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlər var

21 aprel / 08:32 1 dəq
Indir 2025 04 21t083034.721
21 aprel / 08:32
Burada sizin reklamınız ola bilər

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı yeddi nəfər həlak olub.

Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatı Lebanon 24 xəbər portalı yayıb.

Əldə olunan məlumatlara görə, hücumlar əsasən Nəbatiyə şəhəri və İqlim-ət-Tuffah dağlıq ərazilərinə yönəlib. Bu bölgələrdə “Hizbullah” qruplaşmasının bazalarının yerləşdiyi bildirilir. Hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb, o cümlədən bir Livan hərbçisi də xəsarət alıb.

İsrail tərəfi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib. Lakin bölgədəki gərginlik fonunda bu cür hadisələrin artması müşahidə olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər