Dünya

Konfrans Liqası: Yarımfinalçılar müəyyənləşdi

18 aprel / 09:36 1 dəq
68017822be76968017822be76a174492675468017822be76768017822be768
18 aprel / 09:36
Burada sizin reklamınız ola bilər

UEFA Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.

Qerbxeber.com xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün keçirilib.

“Fiorentina” doğma meydanda “Sele” ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, İtaliya təmsilçisi yarımfinala yüksəlib.

“Betis” Polşada “Yagelloniya” ilə görüşüb. Ümumi hesabda rəqibini üstələyən ispaniyalılar yarımfinala vəsiqə qazanıb.

“Çelsi” “Legiya” ilə üz-üzə gəlib. İngiltərə təmsilçisi məğlub olsa da, adını növbəti mərhələyə yazdırıb.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab görüşləri

20:45. “Fiorentina” – “Sele” 2:2

İlk oyun – 2:1.

20:45. “Yagelloniya” – “Betis” 1:1

İlk oyun – 0:2.

23:00. “Çelsi” – “Legiya” 1:2

İlk oyun – 3:0.

23:00. “Rapid” – “Yurqorden” 1:4

İlk oyun – 1:0.

Paylaş
Burada sizin reklamınız ola bilər