İdman

UEFA Avropa Liqası: 1/4 final mərhələsinin cavab oyunları başlayır

17 aprel / 09:46 1 dəq
Official uefa europa league logo 2F7FRTR
17 aprel / 09:46
Burada sizin reklamınız ola bilər

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Qerbxeber.com xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandalar müəyyənləşəcək.

“Mançester Yunayted” evdə “Lion”u qəbul edəcəksə, “Tottenhem” səfərdə “Ayntraxt”ın qonağı olacaq.

“Latsio” evdə “Budyo Qlimt”lə, “Reyncers” isə İspaniyada “Atletik”lə görüşəcək.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab görüşləri

17 aprel

23:00. “Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya)

İlk oyun – 0:0.

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa)

İlk oyun – 2:2.

23:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə)

İlk oyun – 1:1.

23:00. “Latsio” (İtaliya) – “Budyo Qlimt” (Norveç)

İlk oyun – 0:2.

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər