Dünya

Gürcüstanın dövlət başcısı Azərbaycana səfərə gəlir

15 aprel / 09:22 1 dəq
Indir 2025 04 15t092144.632
15 aprel / 09:22
Burada sizin reklamınız ola bilər

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.

Qerbxeber.com xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.

Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər