Dünya

Tramp: Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişə dair razılıq əldə olunub

25 mart / 09:03 1 dəq
67e196d15a2d267e196d15a2d3174283745767e196d15a2d067e196d15a2d1
25 mart / 09:03
Burada sizin reklamınız ola bilər

ABŞ Ukrayna ilə mineral ehtiyatlara dair sazişlə bağlı razılığa gəlib.

Qerbxeber.com “Clash Report” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Biz faydalı qazıntılarla bağlı müqavilə üzrə razılıq əldə etmişik. Sazişi tezliklə imzalayacağıq. İndi biz ərazi haqqında danışırıq”, – Ağ Ev rəhbəri deyib.

Bundan əlavə, Tramp qeyd edib ki, ABŞ və Ukrayna arasında elektrik stansiyasının mülkiyyəti ilə bağlı danışıqlar davam edir.

Söhbətin Zaporojye AES-dən getdiyi güman edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər