İrəvan sülhdən sonra Aİ ilə münasibətləri davam etdirəcək- “Missiya üçün yeni mandat müzakirə olunur”
“Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Avropa İttifaqının ölkədəki missiyası ilə əməkdaşlığ davam etdirəcək”.
Qerbxeber.com Teleqraf istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O bildirib ki, Avropa İttifaqı ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edəcəklər: “Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Aİ-nin mülki missiyası ilə əməkdaşlığa hazırlaşır. Ona görə də müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk etməlidirlər”.
Ovannisyan söyləyib: “Biz Aİ ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Avropalı müşahidəçilərlə işi davam etdirmək üçün düzgün model tapa bilərik”.
O həmçinin Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, martın 13-də Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin razılaşdırıldığı açıqlanıb.





