Dünya

Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər

18 mart / 09:20 1 dəq
67d8ec8d89c7667d8ec8d89c77174226958167d8ec8d89c7467d8ec8d89c75
18 mart / 09:20
Burada sizin reklamınız ola bilər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq 48 saat ərzində Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” təyyarə gəmisinə üçüncü dəfə zərbə endirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya öz “Telegram” kanalında məlumat verib.

O hücumun iki qanadlı raket və iki pilotsuz uçuş aparatının köməyi ilə həyata keçirildiyi bildirib.

Səriya husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndəb boğazından İsrailin kommersiya gəmilərinə mane olacaqlarını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər