Dünya

Livan və Suriyanın müdafiə nazirləri sərhəddə atəşi dayandırmaq barədə razılığa gəliblər

18 mart / 09:08 1 dəq
67d8a89c2940567d8a89c29406174225218867d8a89c2940367d8a89c29404
18 mart / 09:08
Burada sizin reklamınız ola bilər

Livan və Suriyanın müdafiə nazirləri Mişel Menassa və Murhaf Əbu Qasra sərhəddə atəşkəs barədə razılığa gəliblər.

Qerbxeber.com xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyinin məlumatına görə Livan tərəfinin təşəbbüsü ilə müdafiə nazirləri arasında telefon danışığı baş tutub.

“Əldə olunan razılıq sərhəd bölgələrində vəziyyətin sabitləşdirilməsi üçün iki tərəf arasında koordinasiya və əməkdaşlığın artırılmasını nəzərdə tutur. Müdafiə naziri general-mayor Mişel Menassa və onun suriyalı həmkarı Murhaf Əbu Qasra Livan Ordusunun Kəşfiyyat İdarəsi ilə Suriya kəşfiyyatı arasında koordinasiya haqqında razılığa gəliblər”, – məlumatda bildirilir.

Nazirlər sərhəddə vəziyyətin pisləşməsinin və günahsız mülki əhali arasında itkilərin qarşısını almaq üçün birgə səylərin zəruriliyini vurğulayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər