İdman

“Mançester Siti” Kamavinqanı transfer edə bilər

15 mart / 19:49 1 dəq
Camavinga16 9.jpg
15 mart / 19:49
Burada sizin reklamınız ola bilər

İngiltərə təmsilçisi “Mançester Siti” İspaniyanın “Real” komandasının yarımmüdafiəçisi Eduardu Kamavinqanı heyətinə qatmaqda maraqlıdır.

Qerbxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı futbolçunu yaxından izləyir.

Mançester klubu yaxın müddət ərzində “Kral klubu”na təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, bazar dəyəri 80 milyon avro qiymətləndirilən Kamavinqanın “Real”la müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər