Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Tibbi sığortanın bir ayı

30 yanvar / 14:06 2 dəq
422964365
30 yanvar / 14:06
Burada sizin reklamınız ola bilər

“Yanvarın 1-dən şimal rayonlarında vətəndaşlar icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıblar”.

Bunu “KIV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov

V.Qurbanov qeyd edib ki, bir aya yaxın müddətdə şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı nəticələr qənaətbəxşdir: “Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib”.

Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünün azaldılması olduğunu deyən V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq.

Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim olunacaq.

V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: “Xəstə xəstəxanaya müraciət edərək “mənim burada yatmağıma icazə verin” deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı