Ötən il 39 məktəb ləğv edilib
2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.
Qerbxeber.com xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
“Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilmiş, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu, Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib”, – hesabatda qeyd olunub.
Eyni zamanda, 2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılmış, həmin müəssisələrdən 46-sı yenidən tikilmiş, 11-i isə əsaslı təmir edilmişdir. 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılmış, 9 müəssisədə isə son tamamlanma işləri aparılır. Eyni zamanda, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Nazirliyə ayrılmış vəsait hesabına 215 təhsil müəssisəsində (11 peşə, 6 kollec, 11 məktəbdənkənar və 187 ümumi təhsil) cari təmir işləri aparılmışdır. 48 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşmış, 113 müəssisədə isə işlər davam edir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı