Dünya

ABŞ Dövlət katibi: ABŞ Ukrayna ilə ərazi güzəştlərini müzakirə edib

12 mart / 16:13 2 dəq
67d179b206b4f67d179b206b50174178142667d179b206b4d67d179b206b4e
12 mart / 16:13
Burada sizin reklamınız ola bilər

Vaşinqton Kiyevlə ərazi güzəştləri məsələsini müzakirə edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

“Səudiyyə Ərəbistanında biz ərazi güzəştlərindən danışdıq”, – o deyib.

Rubio qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı hərbi əməliyyatları dayandırmaq barədə düşünməyə çağırır: “ABŞ Rusiyanı Ukraynada hərbi əməliyyatların dayandırılması məsələsinə nəzərdən keçirməyə çağırır və Moskvadan cavab gözləyir”.

ABŞ Dövlət katibi Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb: “Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu danışıqlardır”.

Rubio Moskvadan müsbət cavab alacaqlarına ümid etdiyini bəyan edib.

O, eyni zamanda, Rusiyanın reaksiyasının hələ aydın olmadığını açıqlayıb.

Rubio mineral sövdələşməni təhlükəsizlik zəmanəti kimi görmədiyini də vurğulayıb.

“Ukrayna üzrə sülh danışıqlarında əsas məsələ gələcək təcavüzə qarşı çəkindirmədir və avropalılar bu prosesdə iştirak etməlidirlər”, – Rubio əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər